Təbrizin “Quru gölü” demək olar ki, tamamilə qurumaq təhlükəsi ilə üz-üzə qalıb.
Təbrizin “Quru gölü” demək olar ki, tamamilə qurumaq təhlükəsi ilə üz-üzə qalıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Nəsr nyus” saytı yayıb.
Sayt bildirib ki, “Quru gölü”nün quruması müxtəlif su quşları kimi 111 növ heyvanın yaşayış yerinin məhv olmasına gətirib çıxaracaq. Şübhəsiz ki, bu, bölgənin turizm sənayesinə də təsirsiz ötüşməyəcək.
Məsələ ilə bağlı danışan Şərqi Azərbaycan Ətraf Mühiti Mühafizə İdarəsinin rəsmisi Mir Möhsün Hüseyni bunları deyib:
“Quru göl” dağlıq məntəqədə yerləşir, onun heç bir çayla və ya yerüstü su mənbəsi ilə əlaqəsi yoxdur. Lakin Şərqi Azərbaycan Məntəqə Suyu Şirkəti gölməçəyə su çatdırmaq üçün mövcud olan kanalda təmir-bərpa işləri aparmağa hazırlaşır. Düşünürəm ki, bu şəkildə problem aradan qalxacaq. Başqa bir təklifə görə, gölməçəyə su çatdırmaq üçün köhnə kanalı bərpa etmək deyil, yeni proje həyata keçirmək lazımdır. Ümid edirəm ki, yaxın gələcəkdə gölməçənin canlandırılması üçün lazım olan büdcə vəsaiti ayrılacaq və “Quru göl” yenidən bərpa olunacaq”.