Azərbaycanın “qara siyahıya” daxil etdiyi şəxslərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğal olunmuş ərazilərə qeyri-qanuni səfərlər etdiyinə görə Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısına 600-ə yaxın adamın adı daxil edilib”.

“Report” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Siyahıda təxminən 600 nəfər var. Bu il təxminən 10 nəfər “qara siyahı”dan çıxarılmaları üçün Azərbaycana müraciət edib. Onlardan bəziləri siyahıdan çıxarılıb”, – H.Hacıyev vurğulayıb.