“2021-ci ildə TAP (Trans-Adriatik Pipeline) enerji layihəsinin açılış mərasimi keçiriləcək”.
“2021-ci ildə TAP (Trans-Adriatik Pipeline) enerji layihəsinin açılış mərasimi keçiriləcək”.
TİA.AZ xəbər verir ki, bunu İtaliyanın Azərbaycsndakı səfiri Campaolo Kutillo bu gün ADA Universitetində keçirilən Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 25 illiyinə həsr olunan dialoq forumunda çıxışı zamanı bildirib.
Səfir deyib ki, açılışda Azərbaycan rəsmilərinin də iştirakı gözlənilir. Onun sözlərinə görə, İtaliya TAP-ın üç əsas investorlarından biridir.
Campaolo Kutillo qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir:
“Azərbaycan və İtaliya arasında bütün sahələrdə yaxşı əlaqələr var. İki ölkə arasında parlamentlərarası dostluq qrupu da yaxşı əməkdaşlıq edir. Bu əlaqələrin qurulmasında ölkə başçılarının əvəzsiz rolu vardır”.