Azərbaycanın ilk şəhidinin məzarı tapıldı – FOTObackend

Azərbaycanın ilk şəhidinin məzarı tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın ilk iki şəhidindən biri Əli Hacıyevin məzarı tapılıb.
 
Tribunainfo.az xəbər verir ki, bu barədə iddia sosial şəbəkələrdə yayılıb.
Tapılan həmin məzar daşının üzərində “Qarabağ hadisələrində həlak olmuşdur” sözləri yazılıb.
Qeyd edək ki, Əli Hacıyev və Bəxtiyar Quliyev 1988-ci ildə Əsgəranda Ermənistanın məkrli planlarına qarşı etiraz edərkən şəhid olublar. Həmin ildə Ermənistanın Azərbaycana qarşı torpaq iddiası başlayıb.
Şəhidlərin yaxınları onların Qarağacı qəbiristanlığında dəfn edildiklərini bildirsələr də, illərdir qəbirləri tapılmırdı.