Azərbaycanın iki klubuna texniki məğlubiyyət verildi

Azərbaycanın iki klubuna texniki məğlubiyyət verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA II Liqada mübarizə aparan iki kluba texniki məğlubiyyət verib.

Tribunainfo.az  xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

1 mart 2025-ci il tarixində II Liqada XIV turun “Ağdaş” – “Şimal” oyunu meydan sahibi “Ağdaş” komandası vaxtında stadionu hazır vəziyyətə gətirmədiyinə, oyun günü planını pozduğuna, AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə, eyni zamanda oyunun başlama vaxtından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobili olmadığına görə baş tutmadığı üçün “Ağdaş” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Ağdaş” komandası 250 manat cərimə edilsin.

28 fevral 2025-ci il tarixində II Liqada XIV turun “Şahdağ Qusar” – “Kür-Araz” oyunu “Kür-Araz” komandası təyin edilmiş vaxtda stadiona gəlmədiyinə görə baş tutmadığı üçün “Kür-Araz” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Kür-Araz” komandası 400 manat cərimə edilsin.