“AZƏRBAYCANIN GÜCLÜ OLMASI TÜRKİYƏNİN GÜCLÜ OLMASI DEMƏKDİR” – KURTULMUŞ

“AZƏRBAYCANIN GÜCLÜ OLMASI TÜRKİYƏNİN GÜCLÜ OLMASI DEMƏKDİR” – KURTULMUŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycanın paytaxtı Bakıdakı Türk Şəhidlər Xiyabanını ziyarət edib.

Tribunainfo.az HaberGlobal-a istinadən xəbər verir ki, Kurtulmuş “Azərbaycanın buradakı gücü Türkiyənin öz bölgəsində güclü olması deməkdir” deyib.

“Azərbaycan Türkiyənin qardaşıdır. Hər sahədə gözəl əlaqələrimiz olan bir ölkədir. Türkiyənin Qafqazda Azərbaycanla əlaqələri son dərəcə əhəmiyyətlidir. Azərbaycanın buradakı gücü Türkiyənin öz bölgəsindəki gücü deməkdir. Bu, Türkiyə ilə münasibətlərin yüksək səviyyədə olması deməkdir”, – Kurtulmuş çıxışı zamanı bildirib.

“Bu il respublikamızın ikinci əsrinə qədəm qoyuruq. Xarici siyasətdə, iqtisadiyyatda, siyasi nizamda çox güclü bir ölkə olaraq Türkiyə dost və qardaş ölkələrlə əl-ələ verib gələcəyə doğru addımlayacaq. Prezidentimizin Vilnüsdə danışıqlar apardığı bir vaxtda ŞKTC-yə və Azərbaycana səfərimizin bir-birinin ardınca getməsinin başqa mənası var. Türkiyə türk dövlətləri ilə münasibətlərinə də önəm verir”, – deyib.