AZƏRBAYCANIN FƏXRİ: DÜNYA ÇEMPİONUMUZ PARA-ATLET LAMİYƏ HAQDA BUNLARI BİLİRDİNİZMİ?

AZƏRBAYCANIN FƏXRİ: DÜNYA ÇEMPİONUMUZ PARA-ATLET LAMİYƏ HAQDA BUNLARI BİLİRDİNİZMİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı para-atlet Lamiyə Vəliyeva dünya çempionu olub. Gənc idmançı Parisdə baş tutan mundialda 100 metr məsafəyə qaçışın final mərhələsində 11,99 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Bununla da, 21 yaşlı para-atletimiz qızıl medalın sahibi olub. L.Vəliyeva bu nəticə ilə həm də Paris-2024 Yay Paralimpiya Oyunlarına vəsiqəni təmin edib.

Tribunainfo.az yazır ki, 21 yaşlı idmançımızın bu ilk qalibiyyıti deyil. Uşaqlıqdan idmanla məşğul olan L.Vəliyeva bu dəfə əzminin və zəhmətinin ən yaxşı formada nəticəsini görüb.
Lamiyə idmana babasının sayəsində gəlib. Onu əvvəlcə voleybola qoysalar da, kollektiv oyunlarda oyun yoldaşlarının səhvinə görə əsəbləşdiyi üçün başqa istiqamətə yöndəndiriblər. Yaxşı qaçdığına görə atletikaya gedib.
Özü atasına bildirib ki, mən əsəbiləşirəm və tək idman növü yaxşıdır. Atasına bildirib ki, tək oyunda tək özümə cavabdehəm və ona görə də hər şey qaydasında gedəcək.

Hətta Lamiyə sürətli qaçışına və əzminə görə məşq müəllimi Tofiq Əliyev ona ödənişsiz dərslər verib.

Qeyd edək ki, çempion olan 21 yaşlı Lamiyə Vəliyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın qardaşı qızıdır.

Xatırladaq ki, L.Vəliyeva 2021-ci ildə Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə qaçışda qızıl medal qazanıb. 100 metr məsafəyə qaçışda isə gümüş mükafatın sahibi olub.