backend

Azərbaycanın əsirlikdən buraxdığı erməni 17 yaşlı qızı öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana əsir düşən şəxsə Ermənistanda 9 il həbs cəzası verilib.  Azərbaycana əsir düşən şəxsə Ermənistanda 9 il həbs cəzası verilib. 

APA TV-nin erməni mətbuatına istinadən məlumata görə, Arsen Xocayan həddi-buluğa çatmamış qızı öldürdüyünə görə həbs edilib.

Məhkəmə prosesi cəmi bir ay çəkib.

Hadisə 2016-cı ilin iyununda baş verib. Tavuş vilayətinin Verin kəndi yaxınlığında yeniyetmə qız meyiti aşkarlanıb. Onun üzərində çoxlu bıçaq yaraları olub.

Araşdırmalar nəticəsində sübut olunub ki, 17 yaşlı qız Arsen Xocayanın taksi kimi istifadə etdiyi avtomobillə Berd qəsəbəsindən yaşadığı kəndə gəlib. Onların arasında mübahisə yaranıb və qız Arsenin anasına söyüb.

Xatırladaq ki, Arsen Xocayan vaxtilə Azərbaycan Ordusuna əsir düşüb, daha sonra buraxılıb.