Azərbaycanın dövlət sərhədini pozan ermənilərin məhkəməsi başladı – FOTOLAR

Azərbaycanın dövlət sərhədini pozan ermənilərin məhkəməsi başladı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Arutyun Ovagimyan 1989-cu ildə Ermənistanda anadan olub və Gorus rayonunda yerləşən hərbi hissəsində çavuş kimi müddətdən artıq xidmət keçir.

Karen Kazaryan isə 2004-cü ildə Ermənistanda anadan olub və Gorus rayonunda yerləşən hərbi hissədə müddətli hərbi xidmət keçən hərbi qulluqçudur.

Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.