Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 695,6 milyon manat təşkil edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,6 faizinə bərabərdir.
Ümumi dövlət borcunun 8.518,2 milyon manatı (5.010,7 milyon ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17.177,4 milyon manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.