Azərbaycanın daha bir idmançısından Paris-2024-də uğursuz başlanğıc-10 metrdən hədəfə düşə bilmədibackend

Azərbaycanın daha bir idmançısından Paris-2024-də uğursuz başlanğıc-10 metrdən hədəfə düşə bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

“Report”un məlumatına görə, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb.

Lunyov 33 iştirakçı arasında 24-cü olub və final mərhələsinə yüksələ bilməyib.

İdmançı 25 metr məsafədən atəşaçmada da bacarığını göstərməyə çalışacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Xatırladaq ki, bu gün Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra və cüdomuz Leyla Əliyeva mübarizəyə başlayıblar. Hər iki idmançının çıxışı uğursuz olub.