Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib

Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib.

Tribunainfo.az -ın məlumatına görə, yarımfinalda milli komanda Qazaxıstanla üz-üzə gəlib.

Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycanın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığma qrupdakı ilk oyunda Qırğızıstan üzərində 4:0, Küveyt üzərində isə 5:0 hesabı ilə qələbə qazanmışdı.

Azərbaycanın finaldakı rəqibi bu gün keçiriləcək Qırğızıstan – Özbəkistan oyunundan sonra bəlli olacaq.

Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq