Zaqatalanın Yuxarı Tala kəndinin ərazisindəki körpü yararsız vəziyyətdədir.
Ötən əsrin 70-ci illərində əhalinin və texnikanın gediş-gəlişini təmin etmək üçün kəndin ərazisindən axan çayın üzərinə suötürücülər quraşdırılaraq körpü kimi istifadə olunub.
Sakinlər sel suları nəticəsində yararsız vəziyyətə düşən körpünün təmir olunmasını, ərazidəki suötürücü boruların götürülməsini istəyirlər.
Kənd sakinləri deyirlər ki, bir neçə dəfə aidiyyəti qurumlara müraciət ediblər, amma problem hələ də öz həllini tapmayıb.
Məsələ ilə bağlı Yuxarı Tala kənd Bələdiyyəsinin sədri Eldar Qanzayev “Xəzər Xəbər”ə bildirib ki, vətəndaşların müraciətindən sonra körpü nəzarətə götürülüb. Onun sözlərinə görə, yaxın vaxtlarda təmir işlərinə başlanılacaq. “Bir neçə gün davam edən leysan nəticəsində təmir işləri bir qədər gecikir. Hava şəraiti uyğun olan kimi bərpa-təmir işlərinə başlanılacaq”, – deyə bələdiyyə sədri bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: