“PepsiCO” şirkətinin törəməsi olan “PepsiCO Azerbaijan” MMC barəsində yenidən cərimə protokolu tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkətin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə inzibati xəta törədildiyi iddia edilir.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq. Protokol təsdiqini taparsa, şirkət 1500 manata qədər əcimələnəcək.
Qeyd edək ki, “PepsiCO Azərbaycan” 2015-ci ildə təsis edilib, 2.8 milyon manat nizamnamə kapitalına sahibdir. 2017-ci ildən etibarən “Pepsi” məhsulları Qəbələdə yerləşən Gilan Konserv Zavodunda, “PepsiCo” şirkətinin lisenziyası əsasında “Aqua-Minerale” suları, “Drive Me” enerji içkisi, “Mirinda” qazlı içkilər ailəsi istehsal olunur. Xüsusən “Pepsi Light”, “Pepsi Twist”, “Pepsi Max”, “Pepsi Cherry”, “Pepsi Regular” məhsulları bura daxildir.