Azərbaycanın 10 milyonuncu sakininin atası danışdı: “Adını qoymamışıq”

Azərbaycanın 10 milyonuncu sakininin atası danışdı: “Adını qoymamışıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın 10 milyonuncu sakininin atası Rauf Həsənov açıqlama verib.
Qız atası bildirib ki, dünyaya gələn körpə cütlüyün ilk övladıdır: “Çox sevincliyəm. Həyəcandan danışa da bilmirəm. Qızım Azərbaycanın on milyonuncu sakini olub. Bu sevindiricidir. Ölkənin on milyonuncu sakini olan qızım həm də ailəmizin ilk övladıdır”.
Uşağın atası qeyd edib ki, qızına hələ ad qoymayıblar: “Hazırda işdəyəm. Axşam evdə valideynlərimlə qızımın adını məsləhətləşib qərar verəcəyik. Uşağın da, həyat yoldaşımın da vəziyyəti yaxşıdır”. (Oxu.Az)
**
11:55

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın 10 milyonuncu sakini dünyaya göz açıb. Ölkəmizin 10 milyonuncu vətəndaşı qız uşağıdır.

 

Məlum olub ki, körpənin anası Ocaqova Nigar Çərkəz qızı müəllim işləyir. Atası Həsənov Rauf Yunis oğlu isə hüquq-mühafizə orqanlarında çalışır. O, polis nəfəridir.

Ailə Bakının Sulutəpə qəsəbəsində yaşayır.