Azərbaycanı sanksiyalara məruz qoymaq üçün bu oyun başlanıb – Politoloq

Azərbaycanı sanksiyalara məruz qoymaq üçün bu oyun başlanıb – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni tərəfi aylardır davam edən sükut və regionda sabitliyi pozdu. Bununla da ikitərəfli danışıqlara zərbə vuruldu. Analitiklər də proqnozlar səsləndirirdi ki, eskalasiya riski var. ABŞ Xarici Əlaqələr Şurasının bəyanatı təsadüfi olmadı. Həmçinin, Amerika Ermənistandakı vətəndaşlarına Azərbaycanla sərhədə getməmək çağırışı edəndə bəlliydi ki, şərti sərhəddə qarşıdurma ola bilər.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova bildirib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanı sanksiyalara məruz qalması üçün bu oyuna girişib. Amma bədəli ağır olacaq:

“Fransa və Qərb tərəfdaşlarının hiyləgər oyununa alət olan İrəvan böyük səhvə yol verdi. Bəli, regionda yeni proseslər başlanır: Qərb Rusiyaya qarşı yeni front açır, Bakını isə cəzalandırmaq üçün Ermənistanın əli ilə eskalasiyaya rəvac verir. Bu təxribat ilk deyil, son da olmayacaq. Çünki Azərbaycan XİN-in də yaydığı məlumatda bildirildiyi kimi, atəşin açıldığı həmin ərazi AB missiyasının fəaliyyət zonasıdır. Ermənistanın AB-nin qurduğu hansısa kirli planın bir parçası olma ehtimalı da var”.

Roman