Azərbaycandan vəzifəli şəxs vəfat etdi

Azərbaycandan vəzifəli şəxs vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əli Qaraxanov vəfat edib.

Modern.az xəbər verir ki, 75 yaşlı Ə. Qaraxanov uzun müddət Azərbaycanın müxtəlif sənaye müəssisələrinə, o cümlədən neft və maşınqayırma kompleksinə rəhbərlik edib. “Şöhrət” ordenli əməkdar mühəndisin bu sahədə xidmətləri danılmazdır.

“Azneftkimyamaş” əməkdaşlarının verdiyi məlumata görə, mərhumun 3 mərasimi martın 18-i – bazar ertəsi “Heydər” məscidində baş tutacaq.

Qeyd edək ki, Ə, Qaraxanov ürək problemindən əziyyət çəkirdi. O, bir müddət öncə geniş infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Allah rəhmət eləsin!