Hazırda Türkiyədə yaşayan, bir xeyli müddətdir Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlıq üçün müraciət edən Natali (Tatevik) Aleksanyan Ermənistanda yeni siyasi partiya yaradıb. Tribunainfo.az xəbər verir ki, iki gün əvvəl baş tutmuş qurultayla Ermənistan Mərkəzçi Partiyası təsis edilib.
Məlumatda deyilir ki, Mərkəzçi Partiyanın əsas məqsədi ölkədə demokratikləşmə, qonşularla yaxşı münasibətlərin qurulması və iqtisadi inkişafa nail olaqdır.
Lakin Ermənistan mediası bu hadisəni Nikol Paşinyanın dəstəyi ilə bağlayıblar. Onlar iddia edirlər ki, Natali Aleksanyan hakim Mülki Müqavilə Partiyasının üzvü, hazırda deputat olan Qaqik Melkonyanın bacısı qızıdır və bu səbəbdən də dayısı hökumət xətti ilə onun üçün belə bir plan hazırlayıb. Hətta bu partiyanın Azərbaycan tərəfindən yaradıldığı, maliyyələşdirildiyini iddia edənlər də var.