“Citizens for Responsibility and Ethics in Washington” (CREW) hüquq müdafiəçiləri qrupu ABŞ prezidenti Donald Trampa qarşı məhkəmə iddiası hazırlayır.
“Citizens for Responsibility and Ethics in Washington” (CREW) hüquq müdafiəçiləri qrupu ABŞ prezidenti Donald Trampa qarşı məhkəmə iddiası hazırlayır.
TİA.AZ “New York Times” nəşrinə istinadən xəbər verir ki, prezident ölkə Konstitusiyasını pozmaqda ittiham olunur.
Hüquq müdafiəçiləri hesab edirlər ki, Tramp Konstitusiyanın müddəalarına riayət etmir. Bildirilir ki, ölkənin əsas qanunu dövlət başçısı olan şəxslərə xarici hökumətlərdən mükafatlar və ödəmələri qəbul etməyi qadağan edir.
Nəşr qeyd edir ki, hüquq müdafiəçiləri qrupu hər hansı pul kompensasiyasında maraqlı deyillər. CREW prezidenti mehmanxanalar və qolf klublardan gələn gəlirdən məhrum etməyə, həmçinin başqa dövlətlərin nəzarəti altında olan banklardan maliyyələşdirməyə mane olmağa çalışır.
Qeyd edək ki, inaqurasiya mərasimi ilə əlaqədar Trampa dünyanın bir sıra ölkələrindən, o cümlədən Azərbaycandan hədiyyə göndərilib.Azərbaycanlı xalçaçı Dağlar Səfərov 45-ci prezidenti Donald Trampın xalça üzərində portretini hazırlayıb. Xalça inaqurasiya mərasimindən bir gün sonra – yanvarın 21-də Ağ Evə göndərilib.