Azərbaycandakı qadın hakimlərin sayı açıqlandı

Azərbaycandakı qadın hakimlərin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.

Bu barədə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, son 10 ildə 130 qadın hakim təyin olunub.

Qadın hakimlərdən 113 nəfəri 30-40 yaş, 48 nəfəri 40-50 yaş, 11 nəfəri 50-60 yaş aralığındadır, 7 nəfərin yaş aralığı isə 60 və daha yuxarıdır.

Bundan əlavə, qadın hakimlərdən 5-i kassasiya, 23-ü apellyasiya, 151-i birinci instansiya məhkəməsi üzrə işini davam etdirir.

Qadın hakimlərin fəaliyyət göstərdikləri iqtisadi rayonlar üzrə bölgüsü isə aşağıdakı kimidir:

İqtisadi rayonlar Qadın

hakimlərin sayı

Bakı iqtisadi rayonu (Bakı şəhəri) 97
Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları) 5
Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları) 19
Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları) 1
Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları) 10
Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); 3
Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları) 5
Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları) 7
Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); 5
Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları) 6
Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları) 3
Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları) 7
Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) 1
Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları). 10
Cəmi: 179