Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iyunun 14-də hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.
Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iyunun 14-də hərbi hissəyə tanışlıq səfəri təşkil olunub.
Müdafiə Nazirliyindən TİA.AZ–a verilən məlumata görə, səfər çərçivəsində qonaqlara hərbi hissə haqqında brifinq verilib, şəxsi heyət üçün yaradılan şərait və döyüş texnikası ilə tanışlıq keçirilib.
16 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 21 nümayəndəsi ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.