Azərbaycanda zəlzələ olub – RƏSMİ AÇIQLAMA

Azərbaycanda zəlzələ olub – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 4,9 maqnitudada zəlzələ olub.

Bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində qeydə alınıb. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 bala yaxın hiss edilib.

Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.