Balakən rayonu ərazisində zəlzələ qeydə alınıb.
Balakən rayonu ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, maqnitudası 3.8, dərinliyi 5 km olan təkanlar yerli vaxtla saat 13:06:11-də Balakən rayonu ərazisində olub.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Report-un məlumatına görə, zəlzələ həmçinin Zaqatalada da hiss olunub.
Yerli sakinlər təkanların güclü olduğunu bildiriblər.