Azərbaycanda yeni nəsil PUA-lar istehsal edildi – FOTObackend

Azərbaycanda yeni nəsil PUA-lar istehsal edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yeni nəsil pilotsuz uçuş aparatları (PUA) istehsal edilib.

PUA-lar Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə nümayiş etdirilir.

Sərgidə nümayiş olunan PUA-lar arasında “DT-001”, “DT-101 VTOL”, “F-1500”, “F-5000E”, “AD-G4”, “MT-100” yeni nəsil avadanlıqları qeyd etmək olar.

Sərgidə qeyd olunub ki, istehsalın 90%-i yerli texnologiyalar hesabına həyata keçirilib.

Yerli istehsalçı şirkətin nümayəndəsi Anar İsgəndərov bildirib ki, PUA-ların istehsalı bir neçə mərhələdə həyata keçirilir: “Həmin qurğuların layihələndiriliməsi, aerodinamik xüsusiyyətlərinin formalaşdırılması üzrə proseslər yerli mütəxəsislər tərəfindən icra olunur. Daha sonra bu avadanlıqlar sınaq mərhələsindən keçir. Yeni texnologiyar sayəsində istər kəşfiyyatçı, istərsə də zərbə PUA-ları kompleks şəkildə Azərbaycanda istehsal olunur”.

O, həmçinin qeyd edib ki, Azərbaycanın istehsal etdiyi PUA-lara beynəlxalq aləmdə böyük maraq var: “44 günlük Vətən müharibəsindən sonra PUA-ların döyüş əməliyyatlarında istifadəsinə böyük maraq yaranıb. Bu istiqamətdə əsas strategiya Azərbaycanın PUA ixracı potensialının artırılmasıdır. Bu sərgidən də görünür ki, əksər ölkələrin Azərbaycandan PUA-ların idxalına böyük marağı var”./Apa.az/