Azərbaycanda “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı təsis edilib.
TİA.AZ-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsini nəzərdə tutan layihə müzakirə olunub.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.