Prezident İlham Əliyev “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 356-VQD nömrəli Qanununun tətbiqi və “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli sərəncamında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Müəyyən edilir ki, “Azərbaycan Respublikasının “Şücaətə görə” medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli sərəncamına uyğun olaraq həyata keçirirlər.
“Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Prezidentinin 2004-cü il 25 iyun tarixli sərəncamının 1-ci hissəsinə “Hərbi xidmətdə fərqlənməyə görə”,” sözlərindən sonra “Şücaətə görə”,” sözləri, “Azərbaycan Respublikasının fövqəladə hallar nazirinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisinə,” sözləri əlavə edilir və həmin hissədən “Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinə,” sözləri çıxarılır.
Dəyişikliklərə əsasən “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilir:
“Şücaətə görə” medalı;”
Həmçinin “Azərbaycan Respublikasının “Şücaətə görə” medalı haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsviri” təsdiq edilir.