Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının sayı açıqlandı

Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi ölkə sərhədlərindən kənarda yaşayan Türkiyə vətəndaşlarının sayını açıqlayıb.

Məlumat “BBC” nəşrində dərc edilib.

Hesabata əsasən, Azərbaycanda 55 min Türkiyə vətəndaşı yaşayır. Ölkəmiz bununla siyahıda 14-cü yerdədir.

Ümumilikdə 152 ölkədə yaşayan türkiyəlilərin sayı 5 milyon nəfərdir. Siyahıda ilk yeri 2 milyon nəfərlə Almaniya tutur.

Ermənistan, Paraqvay, Ekvador, El Salvador, Nigeriya, Sanmarino, Suriya, Boliviyanın aralarında olduğu 25 ölkə ilə bağlı isə məlumat yerləşdirilməyib.