“Hansı həkim məni daha ucuz əməliyyat edər?”, “Daha sərfəli qiymətə harada əməliyyat oluna bilərəm?”, “Bahalı müayinələrdən harada daha ucuz keçə bilərəm” deyənlər üçün Azərbaycanda yeni portal və Çağrı Mərkəzi işə başladı.
“Hansı həkim məni daha ucuz əməliyyat edər?”, “Daha sərfəli qiymətə harada əməliyyat oluna bilərəm?”, “Bahalı müayinələrdən harada daha ucuz keçə bilərəm” deyənlər üçün Azərbaycanda yeni portal və Çağrı Mərkəzi işə başladı.
Müraciət etdiyi xəstəxanada əməliyyata maddi imkanı çatmayan vətəndaşlara köməklik göstərmək üçün Azərbaycanda ilk və yeganə peşəkar portal fəaliyyətə başladı.
May ayının 22-dən etibarən Azərbaycanda tibbin müxtəlif sahələrində ölkənin bir çox aparıcı uzman həkim-cərrahlarının tərəfindən formalaşdırılan Xeyirxah Həkimlər Kanalı fəaliyyətə başlayıb.
saglamTV.az internet portalı üzərindən fəaliyyət göstərən bu kanal həm internet televiziyası, həm də xəstə və xəstə yaxınlarına daha sərfəli şərtlərlə tibbi-psixoloji yardım göstərilməsini nəzərdə tutan bir portaldır. Portalda xəstə müraciətləri auksionu xidməti var.
Bu dəstək nədən ibarətdir?
Xeyirxah Həkimlər Kanalında daxil olan kimi belə bir çağırış göstərilir:
“Əməliyyat olunmalıyam. Hansı həkim məni daha ucuz əməliyyat edər?”
Buraya müxtəlif xəstəxanalara müraciət edib, diaqnozu bilinən və əməliyyat olunası vətəndaşlar müraciət edir. Əgər əməliyyat olunacaq adamların lazımi məbləğdə ödəniş etməyə imkanı çatmırsa saglamTV.az – Xeyirxah Həkimlər Kanalına müraciət edir. Eyni əməliyyatı daha sərfəli məbləğdə və ya sərfəli şərtlərlə icra edən həkim-mütəxəssisləri rahatlıqla tapır.
Müraciəti asanlaşdırmaq üçün saytın ana səhifəsində mobil telefon nömrəsi göstərilib. Söz yox ki, bu hər bir vətəndaşa sərfəlidir. Çünki, sayta müraciət etməklə xəstə və ya xəstə yaxınları özünə geniş və əlverişli seçimlər edir. Eyni əməliyyatı daha aşağı məbləğdə etməyə imkanı çatan mütəxəssisləri tapır. Çarəsizlikdən yaxa qurtarır. İlk müraciət etdiyi yerdən fərqli olaraq 150-200, hətta 4-5 yüz manatadək daha aşağı qiymətə əməliyyat olunmağı kim istəməz ki? Təbii ki, arzuladığı keyfiyyətdə.
Bəs daha sərfəli əməliyyatı icra etməyə köməklik göstərəcək həkimlər kimlərdir və peşəkarlığı hansı səviyyədədir?
Xəstələrə köməklik göstərməyə hazır olan həkim-cərrahlar isə Xeyirxah həkimlər kanalını formalaşdıran müxtəlif ixtisaslı tanınmış uzman həkimlərdir. Həmin həkimlər paytaxtın tanınmış klinikalarda çalışan, xarici ölkələrədə təhsil və təcrübə keçmiş, olduqca təcrübəli və aparıcı mütəxəssislərdir. Başqa sözlə, XHK-a qoşulan həkimlər öz ixtisasları üzrə hər gün praktiki olaraq əməliyyatlar edən, nüfuzlu cərrahlardır. Bu portal yalnız ictimai maraqlara xidmət göstərir. Kampaniya xarakteri daşımır. Zaman məhdudiyyəti yoxdur. 7\24 fəaliyyət göstərəcək.
Portalın baş redaktoru, tibbi-ekspert və psixoloq Ramil Nəcəfli belə bir dəstək kanalının yaranma zərurətindən danışdı: “Tez-tez bizə yaxşı həkim, düzgün mütəxəssis seçimi, eyni əməliyyatı, eyni keyfiyyətlə daha ucuz qiymətə icra edə bilən həkim tapmaq sorağıyla xeyli xəstələr müraciət edirlər. Azərbaycanın öz ixtisasında ən aparıcı tibbi mütəxəssisləri, o cümlədən də onkoloqdan tutmuş, uroloqa, dermatoloqa qədər yaxşı həkim axtaran insanlarımız var. Tibb sahəsində uzun illər mövcud əlaqələrimizdən dolayı adamlar etimad göstərib bizdən həkim soraqlayırlar. Hətta daha sərfəli əməliyyat yeri və bahalı müayinələri sərfəli qiymətə harda edə biləcəklərini soruşanlar var. Həmişə köməklik göstərmişik. Hal-hazırda belə bir mütəşəkkil xidmətə böyük təlabat var. Hər bir əməliyyatların real qiymətləri və hər növdə əməliyyatı yüksək keyfiyyətdə icra edən bütün aparıcı həkimlərlə əlaqələrimiz var. Xəstəliklərin əlamətlərini yaxşı bilməyimiz sayəsində praktiki olaraq həm tibbi, həm də psixoloji problemlərlə bağlı məslıəhət və konsultasiyalar aparırırq. Onlarla yardıma ehtiyacı olanlar var. Daha çox adama kömək göstərə bilərik.”
Baş redaktor daha sonra əlavə etdi ki, Xeyirhah Həkimlər Kanalındakı Çağrı Mərkəzini qətiyyən təcili yardımla səhv salmaq olmaz. Yəni bura ilk müraciət ünvanı deyil. Burada söhbət yalnız planlı əməliyyatlardan gedir. Xəstə tutaq ki, harasa müraciət edib. Məlumatlıdır ki, onun əməliyyatı neçəyə başa gəlir və diaqnozu nədir. Həmin məbləğin hamısına imkanı çatmırsa Çağrı Mərkəzinə müraciət edir ki, eyni əməliyyatı daha aşağı məbləğdə etməyə hazır olan mütəxəssis köməyi alsın.
Burada təmsil olunan həkimlər də öz güzəştli əməliyyatlarını və sosial dəstəklərini təşkilatlanma baxımından məhs bu xətlə edirlər. Bir növ xeyirhahlığın və yardımsevərliyin məkanı olan saglamTV.az portalı edilən müraciətləri qəbul edib vətəndaşlara köməklik göstərir. Hətta çox böyük məbləğdə güzəştlər də istisna deyil. Burada məqsəd portalın xəttiylə xəstə və xəstə yaxınlarına sosial-iqtisadi köməklik göstərərək onlara əlverişli seçimlər yaratmaqdır.
Tutaq ki, kimsə öddaşı əməliyyatı olunmalıdır, yaxud böyrəyindən daşçıxarma əməliyyatı və tutulmuş tac damarlarını açdırmaq üçün stent əməliyyatı etdirməlidir. Ola bilsin kimsə varikoz damar əməliyyatı etdirməlidir. Hazırda tibbin bütün sahələrində müxtəlif növ əməliyyatları eyni keyfiyyətdə icra edən təcrübəli, peşəkar həkimlər çoxdur. Xəstələrə dəstək olmaq üçün biz həmin peşəkarların köməyindən istifadə edəcəyik. Eyni sahədə 1 yox 5-6 cərrahla əlaqəmiz var”
Xeyirxah Həkimlər Kanalının təşkilatçısı vurğuladı ki, saytın ana səhifəsində göstərilən aktiv mobil telefon nömrəsi vasitəsilə vətəndaşlara hətta tibbin bütün sahələrində pulsuz konsultasiya köməkliyi də ediləcək.
Xeyirxah Həkimlər kanalının ən böyük əhəmiyyəti həm də pulsuz konsultasiya xidmətinin göstərilməsidir: “Xəstələr düzgün müalicə sorağı ilə artıq qapı-qapı gəzib müxtəlif həkimlərdə vaxt və pul itirməyəcək. Adətən əksər insanlar xirda bir məsləhət ya da diaqnozunu bilmək üçün müxtəlif həkimləri gəzirlər. Hər dəfəsində də xeyli pul itirirlər. Bizə telefonla müraciət etməklə tibbin müxtəlif sahəsində peşəkar konsultasiya alaraq hara və kimə gedəcəyini, düzgün həkim seçimini xəstələr təmin etmiş olur. Belə ki, xəstələr Azərbaycanın hər yerindən zəng edərək şikayətlərini dilə gətirirlər. Əziyyət çəkdikləri kliniki əlamətləri bildirirlər. Deyilənlərin əsasında saytın konsultantı həmin şəxsin şikayətləri əsasında münasib mütəxəssisə yönləndirir. Halbuki adətən biz xəstə yaxınlarında belə bir narazılıq eşidirik. Bildirirlər ki, bir kəlimə söz demək üçün getdik 3 müxtəlif həkim yanına, hərəsinə də 30 manat ödədik. Ancaq heç biri 5 dəqiqə canlı dinliyən də olmadı. Düzgün konsultasiya almadıq. Xidmətimiz də vətəndaşlarımıza bu baxımdan xeyirxah missiyada bulunacaq.”
Ramil Nəcəfli sayt vasitəsilə həmçinin bahalı müayinələrdə də köməklik göstərə bilkəcəklərini bildirdi: “Misal üçün, Həmçinin Kompüter tomoqrafiyası (KT), Maqnit Rezonans Tomoqrafiya (MRT) və Koronar angioqrafiya (Anju) kimi bahalı müayinələrdən sərfəli qiymətə keçmək istəyən xəstələr bizə müraciət edə biləcəklər. Gedib əlverişli şərtlərlə müayinədən keçəcəklər. Elə insanlar var ki, 20-30 manat qənaət etmək onlar üçün olduqca əhəmiyyətli ola bilər.”
<!–[if !supportLineBreakNewLine]–>