“Dövlət sektorunda olan “Azərsu” nun 20.8 milyon manat faiz borcu, 2.2 milyon manat isə maliyyə sanksiyası onun şəxsi vərəqində mövcuddur”.
“Dövlət sektorunda olan “Azərsu” nun 20.8 milyon manat faiz borcu, 2.2 milyon manat isə maliyyə sanksiyası onun şəxsi vərəqində mövcuddur”.
TİA.AZ xəbər verir ki, bunu Milli Məclisdə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin Natiq Şirinov deyib.
İdarə rəisi bildirib ki, maliyyə sanksiyalarının əsas vergi məbləğinin və ona adekvat olaraq faizlərin hərəkəti çox dinamikdir.
“Statik olaraq eyni qrup vergi ödəyicilərində vergi borcları qalmır. Dövlət borclarını istisna etmək şərti ilə. Maliyyə sanksiyasının təxmini rəqəmləri 240-250 milyon manat civarındadır”.
N.Şirinov qeyd edib ki, ümumi vergi borclarının 1 dekabr tarixinə 1 milyard 527 milyon təşkil edir: “Bunun 904.3 milyonu əsas vergi borcu, 237.1 milyon manatı maliyyə sanksiyası, 386.4 milyon manatı isə faiz borcudur”.
N. Şirinov vurğulayıb ki, qanun layihəsi qəbul olunsa, vergi ödəyicilərinin borcu 904 milyon manata düşəcək.