Bu ilin ötən dövrü ərzində (yanvarın 1-dən indiyədək) Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası müəyyənləşib.
Tribunainfo.az -ın məlumatına görə, bu il doğulan oğlan uşaqlarına ən çox Uğur, qızlara isə Zəhra adı verilib.
Belə ki, bu adlar sözügedən müddətdə müvafiq olaraq 1 488 oğlana və 1 044 qıza qoyulub.
Bundan başqa, 1 160 uşağa Əli, 1004-nə Yusif, 1 146 uşağa Hüseyn, 1 033 uşağa Zeynəb, 1 031 uşağa Məryəm, 951-nə Aylin, 777-nə Fatimə, 731-nə isə Mələk adı qoyulub.