Azərbaycanda təhsil alan “estetik cərrah” türk tibb bacısının dodağına inşaat silikonu vurubmuş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə özünü Azərbaycanda tibb təhsili almış estetik cərrah kimi təqdim edən Soner G. adlı şəxsin tibb bacısı Merve Keleşin dodağına vurduğu naməlum maddə inşaatda istifadə olunan silikon imiş.
 

Türkiyədə özünü Azərbaycanda tibb təhsili almış estetik cərrah kimi təqdim edən Soner G. adlı şəxsin tibb bacısı Merve Keleşin dodağına vurduğu naməlum maddə inşaatda istifadə olunan silikon imiş. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

22 yaşlı tibb bacısı təxminən ay yarım əvvəl özünü həkim kimi təqdim edən, əslində isə saç ustası olan Soner G. ilə tanış olub. Anadangəlmə dodağının sol tərəfində kiçik qüsur olan M. Keleşlə “həkim”lə öz evində 1000 lirəyə silikon vurmağa razılaşıb.

Terk “estetik cərrah”ın daha bir qurbanı olan Güllü Selin də dodağına 6 ay öncə qapı-pəncərə silikonu vurduğu məlum olub.

“Dodaqlarıma qapı-pəncərə silikonu vurubmuş. Araşdırmalardan sonra bunu mənə dedilər və şoka düşdüm. Bu vəziyyətə düşən bir çox insan həkim tapıb yenidən əməliyyat etdirərək sağalıb. Amma mən həkim tapa bilmirəm, heç bir həkim yaxın durmur”, – deyə Güllü Sel mətbuata açıqlamasında bildirib.

O, qeyd edib ki, dodağında qalan qapı-pəncərə silikonu getdikcə onun sağlamlığına zərər vuracaq: “Hərdən güclü ağrılar hiss edirəm. Gülməkdə çətinlik çəkirəm. Həkimlər deyir ki, bu silicon təcili bəndən çıxarılmalıdır, yoxsa zəhərlənmə verəcək”, – Güllü Sel bildirib.

Xatırladaq ki, Adanada özünü həkim olaraq tanıdıb 4 adama plomb və botoks edən “saxta estetik cərrah” Soner G. həbs olunub. Azərbaycanda kosmetologiya üzrə təlim gördüyünü deyən Soner G. ona “dodaq silikonu” etdirən bir neçə qadının sağlamlığında problem yaranmışdı.