Azərbaycanda son sutkada 43 nəfər koronavirusa yoluxub, 2 nəfər ölübbackend

Azərbaycanda son sutkada 43 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 43 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, xəstəlikdən 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 824 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 053 nəfər müalicə olunaraq sağalıb, hazırda 257 aktiv xəstə var. Bu günə qədər 9 978 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 235, bu günə qədər isə ümumilikdə 7 373 658 test icra olunub.