Son 10 ildə Azərbaycanda nikah və boşanma sahəsində vəziyyət olduqca pisdir. Tendensiya yaxşı deyil. Ötən illərlə müqayisədə nikah azalır, boşanma çoxalır.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı Samir Əliyev bildirib. O qeyd edib ki, orta nikah yaşı getdikcə artır. Onun sözlərinə görə, Şəhərlərdə vəziyyət daha da pisdir:
“10 il qabaq hər 7 nikaha bir boşanma düşürdüsə, hazırda bu göstərici 4 nikah səviyyəsinə qədər azalıb. Boşanmaların bu qədər artması olduqca mənfi haldır. Söhbət ailələrin dağılmasından, uşaqların atasız, bəzən də anasız qalmasından gedir. Bu müsbət hal saya bilməz. Ailənin dağılması ailə büdcəsinə də mənfi təsir göstərir.
Avropada da boşanma faizi yüksəkdir. Azərbaycanda isə fərqli situasiya yaşanır. Fərqlər çoxdur. Məsələn, əsas səbəbən biri Avropalı qadının boşandıqdan sonra çətinlik çəkmədən 2-ci və 3-cü dəfə ərə getmək şanslarının olmasıdır. Bizdə boşanmış qadının bir tərəfdən 2-ci dəfə ərə getməsi imkanları məhduddur, digər tərəfdən ərsiz yaşaması belə psixoloji basqılarla üz-üzə qalmalı olur. İkinci vacib məsələ ölkədə sosial təminat səviyyəsinin aşağı olmasıdır. Yəni qadınların işlə təminatında problem olması, təhsilsizliyin yüksək olması onların tənha yaşamasına çətinlik yaradır.
Avropada boşanma yüksək olsa da insanlar illərlə birgə yaşayırlar. Yəni nikah orda texniki məsələdir”.
Nigar