backend

Azərbaycanda siqaret qıtlığının səbəbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda satış mərkəzlərində siqaretlərin nağd pulla satışı qadağan edilib.  

Azərbaycanda satış mərkəzlərində siqaretlərin nağd pulla satışı qadağan edilib. 

Artıq nağd pulla satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün hazırda Bakıda mağazalarda müəyyən növ siqaret brendlərinin qıtlığı müşahidə edilir.

Siqaretlərin satışını həyata keçirən mağazaların menecerləri Report-a bildiriblər ki, təxminən 1 həftəyə yaxındır ki, aksiz markaları ilə markalanmış tütün məmulatlarının nağd satışına icazə verilmir və nəticədə bazarda qıtlığın yaranmasına dair süni ajoitaj yaranıb: “Bundan sonra siqaretlər ancaq kartla və ya bank köçürməsi ilə alınmalıdır”.

Qeyd edək ki, 2015-ci ilin əvvəlində İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısına görə, cərimə tətbiq olunacaq. Həmin maddəyə 229.2 hissəsi əlavə ediləcək. Belə ki, həmin hissəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə, 100 manat cərimə nəzərdə tutulub. Burada “az miqdarda” 50 manatlıq məbləği nəzərdə tutur.

Hazırda tütün məmulatları bazarında kart sisteminin tətbiqi ilə bağlı yaranmış çaşğınlıqla bağlı tədarükçü şirkətlər bildiriblər ki, əvvəlcədən siqaretlərin satışını həyata keçirən həm pərakəndə, həm də topdansatış obyektləri üçün maarifləndirmə tədbirləri görülməli idi:

“Hazırda onlar “donmuş” vəziyyətdədirlər. Siqaretlərin satışının kart sisteminə keçidi həm pərakəndə, həm də topdansatış obyektləri üçün çətinliklər yaradır. Onlar buna hazır deyillər. Hazırda satış əməliyyatlarını icra edənlərdə sadəcə qorxu yaranıb. Əgər öncədən maarifləndirmə tədbirləri görülsəydi və bundan sonra sistemin icrası tətbiq edilsəydi, onların bunu reallaşdırmaq üçün heç bir bəhanələri qalmayacaqdı”, – tədarükçü şirkətlər bildiriblər.

Qeyd edək ki, siqaretlərin nağdsız şəkildə satışı iki yolla həyata keçirilməlidir: bank vasitəsilə VÖEN-ə bağlı kart hesabı açıb, əməliyyatlar həyata keçirmək və bankda kart hesabı açmaqla (kartla post-termianllar vasitəsilə ödəniş edilməlidir).