Azərbaycanda sağlam uşağa “qolu sınıb” deyərək gips qoydular – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsuda sağlam uşağa qolun sınması diaqnozu qoyulub.
 

Ağsuda sağlam uşağa qolun sınması diaqnozu qoyulub. Hətta, azyaşlının qolu gipsə də salınıb. Lakin dəfələrlə edilən rentgen müayinəsindən sonra qolun sağlam olduğu ortaya çıxıb. Gips isə onun qoluna xeyli zərər verib.

Sağlam uşağa “qolu sınıb” deyərək gips qoydular. Hadisə Ağsuda baş verib. Sentyabrın 21-də rayonun Elabad kənd sakini, 1 yaş 5 aylıq Sevinc Sarılının qolunda ağrı yaranıb. Valideynləri də uşağı müayinə etdirmək üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparıblar. Orada xəstəxananın həkimi Fazil Əzizovla rastlaşıblar. Həkim uşağın azyaşlının qolunun sındığını bildidirb.

Lakin evə gələndən sonra azyaşlının ağrıları daha da artıb.

Müəyyən şübhələrlə üzləşən valideynlər Sevinci Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına apararaq yenidən müayinə etdiriblər. Orada uşağın qolunun sınmadığı deyilib. Üstəlik də gipsin düz qoyulmadığı bildirilib.

Gipsi açdıqda isə görüblər ki, uşağın qoluna xeyli zərər dəyib.

Məsələ ilə bağlı Ağsu Rayon Mərkəzi Xəstəxanasından bildirildi ki, uşağın qolunu gipsə salan Fazil Əzizov Bakıda imtahandadır. Onun özü ilə əlaqə saxladıq. Əvvəlcə müsahibə verməyə razılaşsa da, bir neçə dəqiqə sonra telefonunu söndürdü. Xəstəxana rəhbərliyinin məsələyə münasibəti isə çəkiliş qrupunu məhkəməyə verməklə hədələmək olub.(xezerxeber)