Azərbaycanda qohum evlilikləri qadağan OLUNA BİLƏR

Azərbaycanda qohum evlilikləri qadağan OLUNA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qohum evlilikləri dünyada yayılan bir problemdir.

Bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov qohum nikahları ilə bağlı ictimai dinləmədə çıxış edərkən deyib.

“Əmi, dayı, xala uşaqları arasında nikah təəssüf ki, yayılan bir haldır. Bunun bir çox səbəbi var. Bəzi yerlərdə bununla fəxr edirlər ki, biz yalnız qohumla evlənirik. Çoxluq qohum nikahlarının qadağan olunmasının tərəfdarıdır. Bu məsələdə vəziyyət göstərir ki, uzun illər maarifləndirmə tədbirləri aparılır. Amma məsələ hələ də qalır və dövlətə, cəmiyyətə mənfi təsirini davam etdirir. Dövlətin qabağa keçərək, bu məsələni qadağa etməsi zəruri ola bilər”,- deyə o, bildirib.