Azərbaycanda qızıl sürətlə bahalaşır – Yeni qiymətlərbackend

Azərbaycanda qızıl sürətlə bahalaşır – Yeni qiymətlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən açıqlanan sonuncu (07.03.2024) məlumatda qızılın troy unsiyasının (31 qram) qiyməti 3 min 666,9 manat (1 qram 118,3 manat) müəyyən olunub.

Yeniavaz.com xəbər verir ki, qızılın qiyməti son bir gün ərzində 1,2% bahalaşıb.

Belə ki, dünən AMB 1 qram qızılın qiymətinin 116,6 manat olduğunu açıqlamışdı.

Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində qızlın qiyməti 5,5% artıb. Bu ilin yanvar ayının 7-də 1 qram qızılın qiyməti 112,2 manat olub.
Son 14 il ərzində qızılın qiyməti 4 dəfədən çox artıb. Müqayisə üçün qeyd edək ki, 14 il əvvəl – 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.