Xaçmaz rayonu Ağarəhimoba kənd ibtidai məktəbində 24 şagird təhsil alır. Şagirdlərin az olması səbəbindən siniflər komplektləşdirilib.
Xaçmaz rayonu Ağarəhimoba kənd ibtidai məktəbində 24 şagird təhsil alır. Şagirdlərin az olması səbəbindən siniflər komplektləşdirilib.
Bununla bağlı“ARB Günəş”də yayımlanan sujetdə bildirilir ki, 1-ci sinif ilə 3-cü sinif bir otaqda, 2 və 4-cü sinif şagirdləri də digər bir otaqda bərabər dərs keçirlər.
Tədris işləri ilə 2 müəllim məşğul olur. Məktəbin digər maraqlı cəhəti də odur ki, 4-cü sinifdə yalnız bir şagird oxuyur. Aytac Məmmədova özündən 2 yaş balacalarla bir yerdə təhsil alır. Birləşmiş siniflərdə dərs keçməyin müəyyən çətinlikləri var. Belə ki, 45 dəqiqə ərzində hər iki sinfə vaxt ayırmaq lazımdır.
İbtidai sinfi bitirən məktəblilər təhsilini davam etdirmək üçün qonşu Qadaşoba kənd tam orta məktəbinə üz tuturlar.
Aytac Məmmədova deyir ki, 4-cü sinifdə oxusa da, 2-ci sinif dostlarıma kömək edir: “Düzdür, mənim sinif yoldaşım yoxdur, amma mən onları özümə sinif yoldaşı kimi qəbul etmişəm”.