Azərbaycanda qazdoldurma məntəqəsi partladı, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki nəfər isə yaralanıb

 

İki nəfər isə yaralanıb

Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində yanğın olub. Hadisə ötən gün axşam saatlarında Boyad kəndində baş verib. Partlayaış ölümlə nəticələnib. 

Fövqəladə hallar Nazirliyindən İstiPress-ə verilən məlumata görə, qazdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində “ZİL” markalı qazdaşıyan avtomobilin yanar hissələri və operator otağının dam örtüyü qismən yanıb. 

Hadisə yerinə Ağcabədi və Ağdam rayonlarının yanğınsöndürmə briqadaları, habelə Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Partlayışın zərbəsindən operator otağının qapısı və şüşələri qırılıbş. İlkin məlumata görə, 1 nəfər – 1963-cü il təvəllüdlü Cəfərov Nahid İsa oğlu ölüb, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.  Tutumu 10 ton olan yerüstü çən mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.