Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.
TİA.AZ “Report”a istinadən xəbər verir ki, Ucar rayonu Əzizbəyov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Gülnarə Seyfi qızı Rəhimova bıçaqlanıb.
Qadın yaxınları tərəfindən dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadın əməliyyat edilib və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
G.Rəhimovanın yaxınlarının verdiyi məlumata görə, onu ailə münaqişə zəminində öz qayınanası Səidə Rəhimova bıçaqlayıb.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.