Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən TİA.AZ–a verilən məlumata əsasən, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində yük qatarı ilə “QAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilindən sürücü, 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlunun və sərnişin, 1969-cu il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlunun cəsədlərini çıxarıblar. Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 04:55-də başa çatıb.
Fotolar APA-ya məxsusdur.