backend

“Azərbaycanda qadınlar Kardaşyana bənzəmək istəyir”- Keçmiş nazirin qızı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Plastik cərrah Sevinc Təbrizli maraqlı açıqlamalar verib.  
Plastik cərrah Sevinc Təbrizli maraqlı açıqlamalar verib. 

Keçmiş mətbuat və informasiya naziri, millət vəkili, Yeni Azərbaycan Partiyasının qurucularından biri olan Sirus Təbrizlinin qızı olan cərrah “qafqazinfo”ya müsahibəsində Azərbaycanda qadınların plastik əməliyyatla daha çox xarici ulduzlara bənzəmək istəməsindən danışıb:

“Mən hazırda daha çox bədənlə məşğul olduğuma görə əsasən Kim Kardaşyanın və Cennifer Lopezin şəklini gətirirlər. Ancaq hamıdan Kim Kardaşyan, Cennifer Lopez düzəltmək olmur. Mən onlara başa salıram ki, həmin tanınmışların görünən bəlli ölçülərindən əlavə, onların fiziki konstitusion tipləri var. Gün ərzində 7-8 saat idmanla məşğul olurlar. Bu, tək plastik cərrahiyyənin nailiyyəti deyil. Zəhmət hesabına o bədəni əldə ediblər. Üz əməliyyatlarında isə əvvəllər Petek Dinçözün burnundan, Ancelina Colinin, Ebru Gündeşin dodaqlarından istəyirdilər”.