Azərbaycanda insan alverində təqsirli bilinən Günel Cabbarovanın barəsində cinayət işi başlanıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri – iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə iki qadın zərərçəkmiş qismində tanınıb.
İş üzrə itidai istintaq tamamlanıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Fəhmin Hümbətovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyunun 24-nə təyin edilib.