backend

Azərbaycanda qadın qətllərinin sayı niyə artır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər bir azərbaycanlı ailəsi üçün çox çətin bir dövrdür. 

Hər bir azərbaycanlı ailəsi üçün çox çətin bir dövrdür.

Bu sözləri TİA.AZa qadın qətllərinin artması haqda danışan psixoloq Elnur Rüstəmov deyib. Psixoloqa görə, cəmiyyətdə olan kəskin aqressiya və insanların hədsiz informasiya ilə yüklənməsi bunun ən başlıca səbəblərindəndir:

“Gender problemi məsələsi, işləyən xanımların çoxluq təşkil etməsi və kişilər tərəfindən buna tolerant yanaşmada müəyyən çətinliklərin olması boşanmalara, ailədaxili şiddətə, konfliktlərə gətirib çıxarır. Demək olar ki, hər gün ailə münaqişəsi zəminində hansısa bir cinayət və digər narahatçılıqlar barədə xəbərlər eşidirik. Düşünürəm ki, hər bir azərbaycanlı ailəsi üçün çox çətin bir dövrdür”.

Qeyd edək ki, son zamanlar qadın qətllərinin sayında durmadan artım müşahidə olunur.