Azərbaycanda polkovnik-leytenant boksçu qızı ilə birlikdə federasiyanı məhkəməyə verdibackend

Azərbaycanda polkovnik-leytenant boksçu qızı ilə birlikdə federasiyanı məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanlı xanım boksçu Emili Rzayeva atası Emil Rzayevlə birlikdə Muay-Tay və Uşusan Federasiyasını məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, sözügedən şəxslər mülki işlə bağlı məhkəməyə müraciət ediblər.
Emili Rzayeva Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Emil Rzayevin qızıdır.
O, Azərbaycan boksunun tarixində ilk Avropa çempionu adını qazanan xanım idmançımızdır. Rzayeva həmçinin uşusanda-budo üzrə dünya kubokunun qalibi, boks üzrə MDB ölkələriarası və beynəlxalq turnirlərin mükafatçısı, kikboksda K-1 versiyası üzrə Avropa və dünya çempionudur, idman ustasıdır.