Azərbaycanda polis zabitinin özünü güllələməsi ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda polis zabitinin özünü güllələməsi ilə bağlı YENİ XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Sumqayıt şəhərində polis əməkdaşının güllələnmiş halda meyitinin tapılması hadisəsi ilə bağı cinayət işi açılıb.

Publika.az xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynlinin xidməti otağında ölmüş vəziyyətdə aşkar olunması hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Polis zabitinin intihar etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*****

18 İYUL

Sumqayıt şəhərində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib.

Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub.

Onun ehtiyatsızlıqdan özünü güllə ilə vurduğu ehtimal edlir.

Meyit axşam saat 19:40 radələrində tapılıb.