Azərbaycanda polis yol qəzasında AĞIR YARALANDI

Azərbaycanda polis yol qəzasında AĞIR YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xızı rayonunda polis əməkdaşı yol qəzasında ağır yaralanıb.

Tribunainfo.az  “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Kərimov Məmməd Rafael oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Məmməd Kərimov polis əməkdaşıdır.