Azərbaycanda 2024-cü il ərzində 22 485 cinayət hadisəsi qeydə alınıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda hüquqpozmalar” adlı məcmuəsində qeyd edilib.
Məlumata görə, bunlardan 21 250 nəfəri kişilər, 1 235 nəfəri isə qadınlar tərəfindən törədilib.
Həmçinin ötən il 15 885 nəfər məhkum olunub. Onların 15 241 nəfəri kişilər, 644 nəfəri isə qadınlardır.