Azərbaycanda ötən il 14-17 yaşlı şəxslərin iştirakı ilə 279 cinayət törədilib

Azərbaycanda ötən il 14-17 yaşlı şəxslərin iştirakı ilə 279 cinayət törədilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 2024-cü ildə 14-17 yaş arası şəxslərin iştirakı ilə 279 cinayət törədilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda hüquqpozmalar” adlı məcmuəsində qeyd edilib.

Məlumata görə, sözügedən ildə əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən 6 min 123, bir qrup şəxs tərəfindən 80, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən 1 657, mütəşəkkil dəstə tərəfindən 10, sərxoş vəziyyətdə 168, residiv cinayətlər 438, narkotikin təsiri altında 9, narkomanlar tərəfindən isə 3 min 879 cinayət törədilib.