DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, kəsici alətlə atasına xəsarət yetirən şəxs saxlanılıb, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
***
09:08
Ağdaşda oğul atasını bıçaqlayıb.
Rayon sakini, 2003-cü il təvəllüdlü Kənan Zülfüqarov münaqişə zəminində atası 1976-cı il təvəllüdlü Aqil Zülfüqarovu bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.